Xəbərnamə.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın paytaxtı Berlin şəhərində Suriyadakı, xüsusilə də Hələbdəki müharibə əleyhinə etiraz aksiyası keçirilib.
Kütləvi aksiyada 1,2 min insanın iştirak etdiyi bildirilir. Bu barədə xəbəri şənbə günü «Associated Press» agentliyi yayıb.
Nümayişin əsas hissəsi paytaxtın Noykeln rayonunda keçib. İştirakçıların əksəriyyəti Türkiyə əsilli insanlar və Suriyalı immiqrantlar olub.
Etirazçıların bir hissəsi Reyxstaq binasının qarşısına toplaşıb. Onlar bu müharibədə həlak olanların xatirəsini əldə yanar şam tutmaqla yad ediblər və Suriyada sülhün bərqərar edilməsinə çağırıblar.