Suriyada ölən zabitə Rusiya Qəhrəmanı adı verildi

Prezident Vladimir Putin Suriyadakı döyüşlərdə igidlik və rəşadən göstərərək həlak olan baş leytenant Aleksandr Proxorenkoya Rusiya Qəhrəmanı adı verib. 
 
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlıların zabiti özünü İraq-Şam İslam Dövləti (İŞİD) yaraqlılarının açdığı atəşin qabağına verərək ölüb.
Suriyanın Hmeymim hərbi bazasının nümayəndəsi bildirib ki, Aleksandr Proxoronko bir həftə Palmir rayonunda hərbi tapşırığı yerinə yetiririb.
O, həmin müddətdə İŞİD-çilərin vacib obyektlərini müəyyənləşdirərək Rusiya təyyarələrinin zərbələr endirməsi üçün dəqiq koordinatlar verib.