Sumqayıt şəhərində gənc oğlanı qəbiristanlıqda diri-diri basdırıblar.

Sumqayıt şəhərində gənc oğlanı borca görədöyüb qəbiristanlıqda diri-diri basdırıblar.

Hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbəsakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisindətəmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb vəyaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.