“Şübhəsiz ki, bu acınacaqlı duruma görə şöhrət ordenli nazır və onun komandası məsuliyyət daşıyır”

akarimli-2014AXCP sədri Əli Kərimli Facebook səhifəsində səhiyyə sahəsindəki ağır durumdan yazıb:

“Dostlar, bu fakta biganə qalmaq mümkün deyil. Bu ilin ilk 4 ayında dövlət büdcəsindən səhiyyə üçün ayrılmış vəsaitin yalnız 49 %-i xərclənib. Qalan 51%-ni “qənaət ediblər”. “Formula 1”-ə, Çernoqoriyada körpü tikməyə, Avropa Çempionatına sponsorluq etmək üçün pul lazımdır axı. Görünür, başa bəla hökumətimiz hesab edib ki, səhiyyəyə çox pul ayrılır, ona görə də səhiyyə üçün ayrılmış pulu de – fakto yarıbayarı azaldıblar. Son vaxtlar az qala hər gün can alıb, qatilə çevrilən səhiyyə sistemimiz millətə səhiyyə şoku yaşadır. Şübhəsiz ki, bu acınacaqlı duruma görə şöhrət ordenli nazır Oqtay Şirəliyev və onun komandası məsuliyyət daşıyır. Amma tək onlar yox. Milyardları tüfeyli layihələrə xərcləyib, səhiyyə üçün ayrılan qəpik – quruşun da 50 %-ni kəsən siyasi hakimiyyət səhiyyədəki faiciəvi vəziyyətin də əsas səbəbkarıdır!”