Günümüzdə ortaya çıxmış və yaxud da son 10 illikdə aktual olaraq müzakirə edilən kürəsəl problemlərdən biri də ekokoji çirklənmə və içməli su qıtlığıdır. Maraqlı məsələ burasındadır ki, ekoloji çirklənmədə günahkar nəhəng şirkətlər hesab edilir və onlar bu zərərli fəaliyytlərinin bədəlini vergilərlə, yaşıllaşdırma aksiyaları həyata keçirməklə ortadan qaldırsalar da, içməli su qıtlığının əsas günahkarı kimi isə, ana təbiət günahlandırılır. Yəni, bu gün Azərbaycanın bəzi bölgərinin içməli su təminində çətinliklərlə qarşılaşmasının əsas səbəbi kimi uyğun iqlim şəraiti misal gətirilir. Bir sözlə Şəkidəki əhalinin içməli su ehtiyatı ilə Biləsuvardakı əhalinin içməli su ehtiyatı arasında arasındakı böyük dərəcədəki fərqin günahı iqlimdən və dolayı yolla da quraq ərazini özünə məskən seçən adi vətəndaşın özündədir. Əlbəttə quraqlıq əsas şərtdir, amma əsl günahkar bazar və qiymətlərin tələb və təklif tərəfindən tarazlaşdırılmasına imkan verməyən qanun və yaxud da qanun qoyuculardır.
Iqtisadiyyat üçün su və benzin arasında fərq yoxdur. Su təchizatında fasilələr var, bəs benzin təchizatında fasilələr niyə yoxdur. ?
Burada su ilə benzin arasındakı bənzərlik diqqət çəkəndir. Maraqlısı burasındadır ki, 1970 ci illərdəki enerji böhranı da, təbiətin qıt neft ehtiyatlarının boynuna atılmışdı. Lakin qıtlığın səbəbkarları Neft İxrac Edən Ölkələrin Təşkilatlarının hərəkətləri və qiymətlərin düzgün tənzimlənməməsi siyasəti idi. Indi isə dövlətlər su qıtlığını məhdudlaşdırıcı qanunlarla ortadan qaldırmağa çalışırlar. Yəni, bu gün Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə içməli su fasilələrlə verilir. Bu qanunlar isə bazarların uyğun tələb və təkliflərə görə sərbəst işləməsinə maneə olur. Yəni bir sözlə dövlət içməli su qıtlığının qarşısını almaq üçün məhdudlaşdırıcı yollara baş vurursa onda bu məhdudlaşdırıcı yol təbiətdə heç də tükənməz olmayan benzin təchizatında niyə yoxdur. ? Çünki dövlətlər bu qıtlığı vergilərlə tənzimləyərək tələb və təklifin balansını təmin edirlər. Yəni, bir sözlə dünyadakı benzin qıtlığı və bundan ortaya çıxabiləcək qorxu içməli su qıtlığından fərqli olaraq vergilərlə tənzimlənir.
Amma, nəzərə almaq lazımdır ki, vergi sistemi su ilə benzin arasında fərq qoymur və quraq ərazilərin su ilə təmin edilməsində mövsümdən aslı olaraq fərqli vergi siyasətinin qüvvəyə minməsi məhdudlaşdırıcı sistemdən daha uyğun qərar olacaqdır. Çünki, dünyanın hər bir guşəsindən toplanan məlumatlar göstərir ki, şəhərlərdə suyun qiymətini 10 faiz qaldırdıqda, sudan istifadə 12 faizə qədər aşağı düşür. Kənd təsərrüfatında istifadə olunan suyun qiyməti 10 faiz artdıqda isə, onun istifadəsi 20 faiz aşağı düşəcəkdir. Yəni, nəticə olaraq demək olar ki, içməli su qıtlığının aradan qaldırılmasında məhdudlaşdırıcı yol izlənməsi heç də optimal yol deyildir və bu seçim abonentlərə yaşdıqları ərazilərin quraqlığının bədəlini ağır bir yöntəmlə çəkdirməkdir. Digər bir tərəfdən onlar həyətyanı ərazilərin istənilən zaman suvarılmasına nail olmayacaqları üçün məhsuldarlığın aşağı düşməsi müşahidə ediləcək və dolayı yoldan məhdudlaşdırıcı su təchizat sistemi ilə, gəlirlərin azalması da ortaya çıxacaqdır. Bu isə hər halda məhdudlaşdırıcı sistemin yerinə istifadə ediləcək yüksək içməli su vergisindən də artıq gəlir itkisinə səbəb olacaqdır. Nəticədə əhali həm su təchizatı baxımından məhdud dərəcədə təmin olunarkən, həm də ən azından içməli su qarşılığında ödəniləcək yüksək vergiyə bədəl gəlir itirəcəkdir. Qısacası içməli su təchizatında ərazidən və mövsümdən aslı olaraq fərqli vergi sistemindən istifadə edilməsi ən azından benzinin qiymətinin dünya üzərində istənilən səviyyədə saxlanmasına kömək edən sistem qədər uğurlu yoldur.
Elgün ORUCLU