“Sosial problemlərin həllini istəmək qanunsuz tələb sayılır?”

Yanvarın 14-də bir qrup tanınmış şəxs və hüquq müdafiəçisi Biləsuvarda həbs olunanlar, eləcə də siyasi motivlərlə həbs edildiyi bildirilən başqa şəxslərin durumu ilə bağlı müzakirələr aparıb.15826221_1050800135047208_2876302960928104596_n

“Qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsi səbri daşıran damla oldu. Əslində, bizim qəsəbədə yaşayan məcburi köçkünlərin uzun illər yığılıb qalmış sosial problemləri var ki, etiraz aksiyası da onun nəticəsi idi.Evlər də çox keyfiyyətsiz tikilib, amma insanlar birtəhər yaşayırdı. Sosial problemlər o həddə çatıb ki, artıq adamların səbri tükənib və dinc şəkildə etiraz aksiyası keçiriblər. Etirazçılar zərrə qədər qanunu pozmayıblar. Polislər təxribat törədib, adamlara qarşı zorakılığa yol veriblər. Əldə etdiyimiz məlumata görə, həbs olunanlardan təzyiq yolu ilə bir-birinin əleyhinə, eləcə də özlərinə qarşı alyans-oqtayetirafçı ifadələr alınır. Halbuki bu adamlar nəinki cinayət, hətta inzibati xəta da törətməyiblər. Əksinə, özləri bu hakimiyyətin cinayətlərinin qurbanı olublar”.

Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkün Məhəmməd Məcidli dekabrın 22-də yaşadıqları qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsinə etiraz edən və buna görə həbs olunan beş nəfər haqqında danışarkən belə deyib.Məhəmməd Məcidli bildirir ki, qəsəbədə qaz, istilik sistemi yoxdur, əhali yalnız elektrik enerjisi ilə keçinir. Elektrik enerjisi kəsiləndə, orada həyat dözülməz olur:

Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev deyir ki, “Biləsuvarda həbs olunanların suçu yoxdur, onlar hökumətdən sosial problemlərinin həllini tələb etdikləri, məmur özbaşınalığına etiraz səslərini ucaltdıqları üçün cəzalandırılıblar. Hüquq müdafiəçisinin sözlərinə görə, məcburi köçkünlərin həbsinə təqdimatı baş prokurorun birinci müavini Rüstəm Usubov imzalayıb: “Təqdimatda yazılıb ki, bu adamlar saat 20.30 radələrində icra hakimiyyətinin qarşısına toplaşaraq, qanunsuz tələblər irəli sürməklə, dövlət müəssisələrinin işinə mane olublar. Əvvəla, saat 20.30 nə zamandan iş vaxtı hesab edilir? İkincisi, icra hakimiyyətindən sosial problemlərin həllini tələb etmək nə vaxtdan qanunsuz tələb sayılır? Dövlət müəssisələri normal işləsəydi, xalqın bu qədər problemləri yığılıb qalmazdı”.