Azərbaycan hökuməti gələn ilə proqnozlarını açıqlayıb. Bütövlükdə bədbin ruhlu proqnozlardan belə nəticə çıxır ki, 2017-ci ildə vətəndaşların sosial durumunun yaxşılaşacağına ümid bəsləməyə dəyməz. Bununla belə, proqnozlarla tanış olan ekspertlərin fikrincə, əhalinin üzləşdiyi çətinliklər böyük sosial narazılığa yol açmayacaqİqtisadi və sosial sahədə geriləmənin baş verdiyini, ancaq bunun köklü səbəblərdən qaynaqlandığını bildirən «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov Azadlıq Radiosu-na deyir ki, hökumət də vəziyyətdən çıxmaq üçün addımlar atır:Sirr deyil ki, iqtisadiyyatımız neft amilinə söykənir, gəlirlərin əsas hissəsi əvvəlki kimi burada formalaşır. Amma bu amildən xilas olmaq üçün 2015-ci ilin sonundan başlayaraq çox işlər görülür. Məqsəd neft gəlirlərini əvəzləyə biləcək qeyri-neft ixracını təmin etməkdir. Bu isə uzun zaman tələb edən prosesdir. Desəm ki, gələn il bu siyasət bəhrəsini verəcək, səhv olardı. Hesab edirəm ki, 2-3 il ərzində həm iqtisadi, həm də sosial sahədə vəziyyət sabitləşəcək».
Hökumətin antiböhran tədbirlərinin yetərsiz sayan Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev ölkəyə gələn valyuta resurslarının azaldığını, gedən valyuta axınınınsa sürətləndiyini deyir. Bu isə öz növbəsində iqtisadiyyatın çöküşünə, əhalinin daha yoxsullaşmasına gətirib çıxaracaq.Sosial məngənədə sıxılan insanların böhrana reaksiyası da özünəməxsusdur: «Onlar əllərindəki məhdud iqtisadi imkanlardan daha möhkəm yapışır, gəlir mənbəyini itirməmək üçün hər əzaba qatlaşır, amma narazılığını açıq büruzə vermir. İqtisadi çətinlik artdıqca, vətəndaşlar özünü mübarizəyə deyil, iqtisadi çətinliyi dəf etməyə hazırlayır. Yəni, deyək ki, qabaq 5 kiloqram ət alırdısa, qiymət qalxandan sonra 3 kq ət alır.«İqtisadiyyatda baş verən proseslər əhalinin geniş təbəqələrinin sosial durumuna mənfi təsir edir. Hökumətin narazılıqları aradan qaldırmaq üçün atdığı addımlar isə çox zaman adekvat deyil: basqıları artırmaqla narazı kütləni susdurmağa çalışır».