ABŞ-ın Nyu Mexiko ştatında avtomobilləri səhrada sıradan çıxdıqda 38 dərəcə istilikdə saatlarla gedən cüt, son sularını uşaqlarına verdi. Ölən valideynlərin oğulları xilas olmağı bacardı.
ABŞ-ın Nyu Mexiko ştatında səhrada avtomobilləri ilə gəzinti edən ancaq avtomobilləri sıradan çıxan ailənin yanlarındakı suları da bitib. Saatlarla 38 dərəcəlik istidə gedən Fransız ailə, son sularını 10 yaşındakı oğullarına verməli olub. Kömək üçün gələn heyyət ailəni tapıb ancaq, David və Ornella Steiner adlı valideynlərin öldükləri müəyyən olunub. Oğlanları Enzo isə xəstəxanaya qaldırılıb. Enzonun vəziyyətinin yaxşıya getdiyi və Fransadakı nənəsinə təslim ediləcəyi açıqlanıb.
ÖLÜMCÜL BÖLGƏ
5 həftəlik tətilləri zamanı ABŞ-ın Qərbini bir ucdan bir uca gəzmək istəyən David və Ornella Steinerin White Sands (Ağ Qumlar) olaraq bilinən milli parkda susuzluqdan ölmələri yaxınlarını kədərə boğub. Polis rəisi Benny House, “Uşaq, atasının cəsədinin yanında idi və nəfəs alırdı. Təcili olaraq ona su verdik və özünə gəlincə ana və atasının yanında qalan bütün suyu ona içirdiklərini söylədi. Burada həddindən artıq istidə az suyla gəzmək çox təhlükəlidir “dedi. Eyni bölgədə 2009-cu ildə bir Amerikalı qadın, 2011-ci ildə da Yapon bir turist qadın yenə susuzluqdan həyatlarını itirmişdi.
Mətləb BALAKİŞİYEV