Bəzi məlumatlara görə, Fərəməzoğlu DİN Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində saxlanılır.
DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən şərh almaq mümkün olmayıb.
Son məlumata görə, jurnalist haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.
F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunmuşdu. O zaman “24 saat” qəzetinin baş redaktoru olan Fərəməzoğlu DİN rəhbəri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə şərti olaraq bir il azadlıqdan məhrum edilmişdi.
Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənmir. Saytda müxtəlif rütbəli məmurların və biznes nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələr yer alır. (Turan İA)