“Son bir həftə ərzində azı 19 ictimai-siyasi fəal şəxslər həbs edilib”.

Son bir həftə ərzində azı 19 ictimai-siyasi fəal şəxs – siyasi partiya üzvləri, jurnalistlər, dini fəallar həbs edilib.загружено (22)

Bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib.

Onun sözlərinə görə, həbs olunanlara ya cinayət işi açılıb, ya da inzibati məsuliyyətə cəlb olunublar.

Azərbaycan Xalq Cənhəsi Partiyasının son bir həftədə azı 10 üzvü həbs edilib. Jurnalist Elçin İsmayıllıya cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Partiyanın fəallarından Elnur Fərəcova da Neftçalada cinayət işi açıblar. Digər fəallar İslam Həsənov, Samir Həsənov, Taleh İsakov, Amil Məmmədzadə, Fərasət Əhmədov, Elvin Bəhramov, Vasif Müzəffərov isə müxtəlif müddətə inzibati cəzaya məhkum ediliblər”, hüquq müdafiəçisi bildirib.

Bundan başqa ReAl hərəkatının fəalı Rahim Şalıyev, D18 təşkilatının üzvü Qadir Ağakişiyev, Müsavat Partiyası fəalı Yusif Qarayev, eləcə də xaricdə yaşayan tənqidçi blogger Orduxan Teymurxanın qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov inzibati qaydada həbs ediliblər.

Son bir həftədə həbsə məhkum edilən digər şəxslər Masallı dindarlarıdır. Masallı şəhər Cümə məscidinin imamı Sərdar Hacıhəsənliyə cinayət işi açılıb.

Hüquq müdafiəçisi S.Hacıhəsənlinin həbsinə etiraz edən bir qrup tərəfdarının da həbs olunduğunu xəbər verib.

“Bu haqda ictimaiyyət bilgili deyildi. S.Hacıhəsənlinin həbsinə dinc qaydada etiraz edən 4 nəfər Masallıda həbs olunub. Bunlar Məhəmməd Həbibov, Salman Rəhimov, Fizuli Şahhüseynov və İmadəddin Məhərrəmovdur. Masallı Məhkəməsi onların barəsində müxtəlif müddətə inzibati həbs qərarı verib”, hüquq müdafiəçisi deyib.

Azərbaycan rəsmiləri ölkədə siyasi plüarizmin olduğunu və kiminsə siyasi fəaliyyətinə görə təqib edilmədiyini bildirirlər.