ŞOK-Arda Turan Atletikoya geri qaytarıla bilər

559ad43bf0dc1e0e70dfab8bİspaniya mətbuatından əldə edilən məlumata görə, Barselonanın yeni transferi Atletikoya qaytarıla bilər.

Arda Turanın Barselonaya transferindən yazan İspan mətbuatı, Ardanın transfer müqaviləsində bir maddəyə toxunub. Ardaya geniş yer ayıran bir çox qəzet və xəbər agentlikləri, Ardanı seçiləcək yeni prezidentin 3.4 milyon avroluq cəriməsi olaraq bildirib. Transfer müqaviləsində 20 iyula kimi Ardanı keçmiş klubu Atletiko Madridə 3.4 milyon avro cərimə ilə geri qaytarılması maddəsi var.

Bu da hazırki müvəqqəti rəhbərlik olan Bartemeunun yenidən preziden seçilməyəcəyi təqdirdə 20 iyula kimi yeni prezidentin Ardanı 3.4 milyon avroyla Madridə geri yola sala biləcəyi ehtimalını göstərir.

Qeyd edək ki, hazırda Katalon klubunun müvəqqəti prezidenti Bartemeu yaxınlaşan seçki qabağı yenidən prezident seçiləcəyi halda Ardanı transfer edəcəyini bildirmişdi.

Elnur ORUCLU