***
“SOCAR Türkiye” şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.
Şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.
***
”Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq”
SOCAR “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev “APA-Economics”ə açıqlamasında deyib ki, S. Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib: “Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq”.
N. Quliyev əlavə edib ki, “SOCAR Turkey Energy” şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: “Onlardan birinin şikayəti əsasında “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.
Saadettin Korkut.
“Petkim Petrokimya Holding A. Ş.” neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.
Eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.
Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.