SOCAR büdcəyə 457 milyon az ödəyib

25660124_1920467034636198_2557484840305034704_n

Nemət Əliyev

Ölkənin ən iri vergi ödəyicisi olan SOCAR-ın gəlirləri 31% artsa da, ümumi mənfəəti 18% çoxalsa da, büdcə ödənişləri 25% azalıb (aşağıdakı cədvələ bax). SOCAR-ın 2016-cı ildə büdcə ödənişləri 2014-cü ildəki büdcə ödənişlərindən 457 milyon manat az olub.Əgər ölkənin ən pullu şirkəti olan Dövlət Neft Şirkətinin gəlirləri artanda büdcəyə ödənişləri azalırsa, bəs gəlirləri azalan kasıb sahibkarlar hansı yolu tutmalı, necə davranmalıdırlar? Belə bir şəraitdə Neft Şirkətindəki milyonlarla imkanları “gözdən qaçıran” Vergilər Nazirliyinin vergi almaq adıyla rəqqasların, tamadaların, süpürgəçilərin, hətta çırıq ayaqqabılara yamaq salan pinəçilərin “qəpik-quruşlarını” hədəfə gətirməsinə nə ad vermək olar?