Yanvarın 23-də Azərbaycandan olan siyasi mühacirlər Avropa Şurasının binası qarşısında korrupsiya faktının araşdırılması və Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə piket keçirib. Aksiya Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstiutunin(RATİ) təşkilatçılığı ilə keçirilib.
RATİ-nin həmtəsisçisi, aksiyanın iştirakçısı Emin Hüseynov Turana bildirib ki, aksiya zamanıAzərbaycanın 58 vətəndaş cəmiyyəti nümayəndəsinin AŞPA deputalarına ünvanladığı müraciətin 300 nüsxəsi onlara çatdırılıb.
Hesabatda Azərbaycanın xeyrinə səs verməsi üçün AŞPA-nin bir sıra deputalarının rüşvətlə ələ alınması əksini tapıb .
Hüseynovun sözlərinə görə, Azərbaycan QHT fəallarının müraciəti Avropa Şurası Parlament Assambleyasının siyasi qruplarında müzakirə ediləcək.