Mühacir həyatı yaşayan siyasi fəal Tahir Ağayevlə ölkəni tərk etməsinin səbəblərilə bağlı söhbət apardıq.
Tahir bəy, ümumiyətlə siyasi fəaliyyətinizə deyəsən 2003-cü il hadisələrindən başlamısınız eləmi? – Tamamilə doğrudur. 2003-cü il 15 oktyabr hadisələrindən sonra mövcud rejimə qarşı məndə ikrah hissi yarandı və aktiv şəkildə “Müsavat” partiyasına qoşuldum. O zamandan həm partiyada, həm də siyasi proselərdə aktiv iştirakçı olmuşam. Belə ki, 2005-ci ilin parlament seçkilərində “Azadlıq”blokunun müşahidəçisi oldum və o zamandan məntəqə sədrinin xüsusi tapşırığı ilə polis işçisi yaşadığım ərazidə məni “xüsusi” nəzarətə götürdü. Həmin tarixdən polis bölməsinə aparıldım və bu davamlı olmağa başladı və mənə seçki saxtakarlığına görə mətbuata məlumat verməmək və “gedişata” göz yumulması müqabilində rüşvət təklif edildi. Paralel olaraq mən narkotik alveri və silah daşıma ilə hədələndim.
Partiyada sənə qarşı baş verən bu sıxışdırmadan məlumat vardımı? – Təbii ki, mən hər zaman baş verənlərlə bağlı partiyaya məlumat verdim. Eyni zamanda mən o qədər də nəzərəçarpmayan şəkildə mətbuata məlumatları ötürürdüm. 2011-ci ildə mən hərbi hissələrdə baş verən neqativ hallar, rüşvətxorluq və öldürülən əsgərlərlə bağlı “əsgər ölümünə son” adlı mitinqdə iştirak etdim. Həmin mitinqdə 100-dək insan həbs olundu. Mən o syahını toplayaraq mətbuata verdim və həbs olunanların hüquqlarını qorumaq üçün mudafiə komitəsi yaratdıq. Bu zaman mən yenə polisə dəvət edildim və fəaliyyətimi dayandırmaq hədəsilə bir daha hədələndim. Mən həmişə çalışırdım ki, polisdən uzaq olaq və fəaliyyətimizi gücləndirək. Lakin mən artıq ciddi nəzarətə götürüldüyümü hiss etməyə başladım və artıq mənə kənar təsirlər başlandı. Hədə, şantaj, qorxu, qohumlar vasitəsdilə təsir və s. Mən artıq danmağa başladım ki, tədbirlərin təşkilinə köməklik göstərmirəm.
Tahir bəy, nə məcbur etdi ki, Sizi artıq mühacir həyatı yaşamağa məcbur oldunuz? – 2013-cü il prezident seçkilərində “Milli Şura” nın vahid namizədlə seçkiyə qatılması və kütləvi tədbirlərin təşkili zamanı mən artıq tez-tez polisə dəvət edilməyə başladım. Mən artıq danmağa başladım ki, tədbirlərin təşklinə köməklik göstərmirəm. Lakin, 09 oktyabr 2013-cü il tarixində Səbail rayonunda prezident seçkiləri zamanı olan qanun pozuntuları və seçkilərin saxtalaşdırılmasına etiraz mitinqində iştirak etdiyim üçün 21 gün saxlanıldım. Axırda məndən məcburi izahat almaq istədilər ki, asayişi pozan bu cür tədbirlərdə iştirak etməyim. Bu zaman mən etiraz edərək bunun qeyri-qanuni olduğunu bildirdim. Bu zaman mənə fiziki təzyiq göstərdilər. Buna təbii ki, hüquqi ədəbiyyatda işgəncə deyilir və fiziki işgəncədən sonra da mənə psixoloji və mənəvi təzyiqlər göstərilməyə başladı. Artıq Azərbaycanda alternativ fikir söyləyənlərin təzyiq altında olması və yüzlərlə adamın hər ay mühacirətə yön alması faktı hər gün təkrarlanır. Buna misal olaraq qeyd edə bilərəm ki, Azərbaycan Siyasi məhbusların sayına görə dünyada qabaqcıl sıradadır və ölkədə 100-ə yaxın siyasi məhbus var.
Taryel Bayramov