Mayın 9-da həbs edilərək polis bölməsinə aparılan və orda qanunsuz saxlandığını bildirən siyasi aktivist Taleh Mustafayev ötən gün azad edilib. O polis idarəsində tam qanunsuzluqla üzləşdiyini və hər gün fiziki təzyiqlərə məruz qaldığını deyib: “Məni az qala hər gün döyürdülər, konkret dedilər ki, sən hökümətə qarşı çıxırsan və yuxarıdan səni cəzalandırmağı tapşırıblar”. O, ölkənin tam cəngəllik qanunları ilə idarə olundğu bir vəhçixana olduğunu deyib: “Artıq mübarizə də sanki mənasız görünür. Insanları sındırmağa çalışırlar, onların qürurları ilə oynayırlar. Bunlar insanı hətta öldürə də bilərlər, axı diktaturaların sərhəddi yoxdur. Mən ya hamını birlikdə mübarizə aparmağa səsləyirəm, ya da hamı sussun. Yoxsa bizim kimi tək-tük etiraz edənləri də sındırıb, dərimizi soyacaqlar. Başqaları da biganə-biganə baxacaq”.
Qeyd edək ki, ictimai siyasi fəal öz çıxışlarına görə evindən həbs edilərək polis bölməsinə aparılıb, orda fiziki təzyiqlərə məruz qalıb və heç bir əsas olmadan bölmədə 48 saatdan çox saxlanılıb. Bununla bağlı Taleh Mustafayev Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirib və eyni zamanda qeyd edib ki, səhhətində yaranmış problemlərlə bağlı bir müddət ictimai-siyasi aktivliyinə ara verəcək.