Koreya Xalq Demokratik Respublikası növbəti dəfə sualtı gəmidən ballistik raketin sınağını keçirib. Anspress xəbər verir ki, bu barədə Koreya müdafiə nazirliyi xəbər verib.
Sınaq Yapon dənizində – Şimali Koreyanın Sinpxon limanının yaxınlığında keçirilib. Raketin işə salınmasının müvəffəqiyyətlə keçdiyi və ya harda yerə endiyi haqda xəbər verilmir.<p”>
Qeyd olunur ki, raket bu gün yerli vaxtla saat 18:30-da Sinpxo şəhərində sualtı qayıqdan atılıb. <p”> <p”>Reuters-in məlumatına əsasən, Cənubi Koreya hakimiyyəti hesab edir ki, bu ya nüvə, ya da ölkənin hakim partiyasının görüşü ərəfəsində ballistik raket sınaqlarıdır.<p”>
Hadisə Cənubi Koreya Müdafiə Nazirliyini də narahat edib. Nazirlik hərbçilərinin Koreya Xalq Demokratik Respublikasının hərəkətlərini izlədiyini bildirib. Həmçinin, Cənubi Koreya raket sınağının müvəffəqiyyətlə keçdiyi, raketin hansı məsafəyə uçduğu və hara düşdüyünə əmin deyil.<p”>
Həftənin əvvəli Seul artıq xəbərdarlıq edirdi ki, Şimali Koreya yeni nüvə sınaqlarına hazırlaşır. Yanvar ayında Koreya Xalq Demokratik Respublikası həyata keçirilən sınaq atışının müvəffəqiyyətlə keçdiyini bildirib. Bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi üçün əsas səbəb olub.<p”>
Bundan əvvəl də Koreya Xalq Demokratik Respublikası bir neçə dəfə ballistik raketin sınağını keçirmişdi. Lakin sınaqlar uğursuz nəticələnmişdi.