Şeyxin oğlu Azərbaycanı tərk etdi – Atası barədə yayılan məlumatlara görə.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin oğlu Azərbaycanı tərk etdi.
Xəbərnamə.info  Ölkə.az-a istinadən xəbər verir ki, Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.1505640335_sufreuru
Ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. O, Türkiyənin İstanbul şəhərində ev alıb.
Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir.