Seymur Hezi Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.

seymur heziSeymur Hezi ailə üzvləri ilə əlaqə saxlayaraq Respublika günü münasibəti ilə Azərbaycan xalqına təbrikini çatdırıb:

“Bu gün Respublikamızın 98 yaşını diktaturanın məhbusu kimi qeyd etmək mənim üçün iki mühüm məna daşıyır: birincisi odur ki, bu müstəqil Azərbaycanda bir məhbusluq həyatıdır və Azərbaycanın dəyərli övladlarının qanı bahasına biz xalqlar həbsxanası adlanan Sovet İmperiyasında deyilik. Bu mənada bir tarixi uğurumuz var. İkincisi odur ki, hər bir zirvəyə gedənin yolunda mütləq bir eniş vardır və bu maneə deyildir. Bu mənada Əliyev diktaturası da bizim gələcək rifah və səadət yolumuzda bir ölçü olaraq tarixi enişdir. Biz mütləq bu sınaqdan uğurla çıxacağıq. Bu xoş gələcəyə heç bir şübhə etmədən sizin hər birinizi Respublikanın verdiyi qürur hissi ilə təbrik edir , onun can fədailərinə tanrıdan rəhmət diləyirəm. İnsanlara hüriyyət, millətlərə istiqlal”.