Seymur Həziyə beynəlxalq mükafat verildi

Norveçin Fritt Ord Foundation in Oslo və Almaniyanın the ZEIT-Stiftung Ebelin und Gerd Bucerius təşkilatları Azad Mətbuat mükafatlarını 3 ölkənin, Azərbaycan, Rusiya və Ukraynanın təmsilçilərinə verib. Onlar 40 namizəd gfhjkliçərisindən seçilib. “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi də mükafat alanlar sırasındadır. Fritt Ord Foundation-in saytında yerləşdirilən məlumatda deyilir ki, Seymur Həzi uzun illər ərzində korrupsiya və hakimiyyətin müxtəlif qanunsuz əməlləri barədə yazıları ilə tanınıb. Dəfələrlə müxtəlif xarakterli təzyiqlərə məruz qalıb. 2014-cü ilin avqustunda saxta xuliqanlıq ittihamı ilə həbs edilib.

Seymur Həzinin namizədliyini Almaniyanın The Henrich Böll Fondu və Norveç Helsinki Komitəsi irəli sürüb.