“Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” TV proqramının aparıcısı, siyasi məhbus Seymur Həzi İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamına münasibət bildirib. Bu haqda Seymur Həzinin vəkili Şəhla Hümbətova özünün Facebook səhifəsində məlumat yayaıb:
“Üzülmürəm. Çünki əfv gözləmirəm. Öz planlarım var. Əfv, mənim planlarima daxil deyil, o barədə düşünmürəm. Hələ görək biz onları əfv edəcəyikmi?”,-deyə Seymur Həzi bildirib.