Noyabrın 7-si iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə nümayəndə heyəti Serbiyaya səfər edib.
Xəbəri nazirlik yayıb.
Səfər çərçivəsində nazirin Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcəyi bildirilir. Həmin magistral Azərbaycanla Serbiya hökuməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilib. Layihənin baş podratçısı «AzVirt MMC» şirkəti olub.
Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə də görüşlər keçirilməlidir. Görüşlərdə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılmalıdır.