Serbiya baş nazirinə hücum!

adSerbiya baş naziri Vucic, Potoçari Abidə qəbiristanlığında qurban yaxınları tərəfindən etiraz edildi. Vucic, bəzi vətəndaşların özünə sərt cisimlərlə hücum etməsi üzərinə qəbiristanlıqdan çıxardıldı.

Srebrenitsa soyqırımının 20. ili səbəbindən təşkil edilən cənazə mərasiminə qatılmaq üzrə Potoçari Abidə qəbiristanlığına gələn Serbiya baş naziri Aleksandar Vucic, buradakı vətəndaşlar tərəfindən etiraz edildi.

Soyqırım qurbanlarının dəfn edildiyi əraziyə girərkən etrazlanan Vuçiçə bəzi vətəndaşlar sərt cisimlər atdı. Hücum zamanı Vuçiçin eynəklərinin düşdü. Soyqırım abidəsinə çiçək buraxdığı sırada “ədalət ” və ” Vucic çölə” şüarları səsləndirən kütlənin fiziki hücuma cəhd etməsi üzərinə Vucic, Potoçari Abidə qəbiristanlığından çıxarıldı.

Bu arada, bir qrup vətəndaş, üzərində Vuçiçin Bosniyadakı döyüş əvvəlində söylədiyi “Öldürülən hər Serb üçün biz də 100 müsəlman öldürəcəyik” sözlərinin yazılı olduğu böyük bir lövhə açıldı.

Bosniya və Herseqovina İslam Birliyi Başçısı Husein Kavazoviç, qəbiristanlıqdakı vətəndaşlara sağlam fikirli olmağa çağırdı, “Bura fərqli məqsədlər üçün gələnlərə doğru deyil, qibləyə doğru dönün və cənazə namazını qılın” dedi.

Mətləb BALAKİŞİYEV