Saxta seçkilərlə bağlı Brüsseldən bəyanatlar

Seçkinin səhəri günü Brüsseldəmətbuat konfransında bu məsələlər barədə danışılacaq

Aprelin 12-də Brüsseldə Mətbuat klubunda AND hərəkatının həmsədri səfir Arif Məmmədov və Reprtyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynovun Azərbaycanda seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı olacaq. “Azadlıq”a bu barədə məlumat verən Arif Məmmədov bildirib ki, mətbuat konfransında əsasən seçkiqabağı şərait və səsvermə günü baş verəəsas hadisələr haqqında danışacaqlar. Məruzəçilərin çıxışlarına Azərbaycanda mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, seçki saxtakarlıqlarının əsas qaydaları, müxalifətin boykot taktikası, seçki qabağı dövrdə kütləvi aksiyalar üçün yaradılan inzibati əngəllər və fəlların təqib edilməsi kimi mühüm məsələlər daxil ediləcək.