Sarkisyan rüşvətə görə daha bir məmuru işdən azad etdi

Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən kənarlaşdırılıb.  Anspress- in verdiyi məlumata görə, bu barədə ölkənin “Qraparak” qəzeti xəbər yayıb.600@0-9-600x330

Qəzet yazıb ki, bir gün əvvəl ki, nəşrdə dərc olunan informasiyanı Mülki Aviasiya Baş idarəsi təkzib etməyib. O, rüşvət almaqda ittiham olunur.

Çox ehtimal ki, tezliklə bu barədə xəbər elan ediləcək. Vəzifəsidən azad olunan Artyom Movsesyanın çalışdığı sahədə 12 illik  stajı var idi.

Nəşrin iddiasına görə, yeni rəhbər iqtisadiyyat nazirinin müavini Serqey Avetisyan ola bilər. O, aviasiya sahəsinə nəzarət edir.

Son iki ay ərzində Ermənistan hakimiyyətində rüşvət alma və vəzifəsindən sui-istifadə hallarına görə bir neçə yüksək rütbəli məmur və hərbçi vəzifəsindən azad olunub.