Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərba olunması üçün şərtlər irəli sürüb. Bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib. Şarmazanov sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir: – İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; – Ünvanlı bəyanatlar; – Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət. (anspress.com)
Sarkisyan Dağlıq Qarabağ münagişəsinə dair danışıqların bərba olunması üçün 3 şərt irəli sürüb.
