Sankt-Peterburqda terrorçuların tutulması üzrə əməliyyat aparılır

Sankt-Peterburqda yaşayış binalarının birində Şimali Qafqaz ərazisində silahlı qruplaşmanın tərkibində fəaliyyət göstərməkdə ittiham edilən şəxslərin tutulması üzrə əməliyyat keçirilir.
Hadisənin şahidləri bildiriblər ki, Moskva vaxtı ilə saat 11:20-də (Bakı vaxtı ilə saat 12:20-də) Leninski prospektdə, 92/3 binada 16 mərtəbəli evin altıncı blokunda iki partlayış olub. Bundan sonra pəncərələrdən tüstü çıxıb.
Ev xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
Xüsusi təyinatlılar altıncı blokun qarşısında yığışıblar. Təxliyyə aparılmır, sadəcə, heç kim binaya buraxılmır.
Avqustun 17-də Moskva vaxtı ilə saat 10:00-da yaşayış evinə Rusiya qvardiyasının, FTX, terror əleyhinə bölüyün və “Qrad” xüsusi təyinatlı dəstənin döyüşçüləri gəlib.
Hadisənin şahidləri hüquq-mühafizə orqanları əməkdaşlarının binaya çox sayda ağ kisələrin apardıqlarını və binadan qutuların çıxardıqlarını bildiriblər.