Sahibkar özünü yandıracaq

ceynSədərək ticarət mərkəzində yerləyən parça dükanın sahibi olan sahibkar özünü yandırmaq istəyir. Bu barədə birlik.az saytının əməkdaşı facebook səhifəsində yazıb. Jurnalitin yazdığı statusu olduğu kimi təqdim edirik:

“İndicə Sədərək ticarət mərkəzində çalışan tanışlarımdan biri birlik.az saytına zəng edib deyir ki, burada bir sahibkar özünü yandırmaq istəyir. Səbəb isə ona qanunsuz və haqsız olaraq 180 min manat borc yazılmasıdır. Nazirlərdən birinə məxsus xaricdən parça və tekstil məhsulları gətirən şirkətlərdən biri müştərilərinə verdiyi malların qiymətini 2 qat qaldırıb və maraqlıdır ki, bunu malı satandan sonra birtərəfli qaydada ediblər. Mənə dedilər ki, Ceyhun Sovzəliyev adlı sahibkar bu ədalətsizlikdən bezib, özünü yandıraqac.  Deyir ki, sahibkarı güclə sakitləşdirmişik. Mənə zəng edən Vüsal Əliyev adlı şəxsə bildirdim ki, o sahibkara desin ki, qardaş bu cinayətdir, yandırsan cinayətdir, yandırmasan şantajdır. Və telefonu hirsimdən söndürdüm. Amma bilmirəm necə olacaq“

Jurnalist həmin şəxsin əlaqə telefonunu da qeyd edib və müraciətdə yazıb ki, siz danışın, bəlkə bir köməyiniz dəydi…