Sabahdan Avropa Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edir.

Sabahdan Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

images (10)

 “Pressa Ukrainı”nın məlumatına görə, bu məsələ Avropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Qərar martın sonlarında qüvvəyə minəcək. Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir. Avropa Parlamentində səsvermədən və Avropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Avropa ölkələrinə vizasız gediş-gəlişdən Gürcüstan vətəndaşı olan azərbaycanlılar da faydalana biləcəklər. Son statistikaya görə, Gürcüstanda 233 min azərbaycanlı yaşayır.