Parisdən Misir paytaxtı Qahirəyə uçan “Airbus A320-232″ təyyarəsi Aralıq dənizinə düşüb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Misir Mülki Aviasiya Administrasiyası açıqlayıb.
İnformasiyaya əsasən, Misirin “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur.
Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.
* * *
Paris-Qahirə reysini həyata keçirən “EgyptAir” aviaşirkətinə məxsus təyyarə radar ekranlarından itib.
APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” məlumat verib.
Pilotların son danışıqları Afina və yaxud Türkiyə hava məkanında olub. Heyət bundan sonra əlaqəyə girməyib.
“EgyptAir” aviaşirkətinə məxsus təyyarənin dənizə düşdüyü ehtimal edilir.
Bu barədə Misirin Mülki Aviasiya Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, təyyarənin Aralıq dənizinə düşdüyü güman edilir.
Ötən gün yerli vaxtla saat 23:09-da Paris hava limanından qalxan təyyarənin göyərtəsində 56 sərnişin və 10 ekipaj üzvünün olduğu, Misir ərazisinə girəndən sonra 11277 metr yüksəklikdə yoxa çıxdığı bildirilir.