“Xebername.info ““Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, avqustun 11-də İmişli rayonunda, aqrar sektorda səmərəli biznesin təşkilinə dair məlumatlandırma sessiyası keçirilmişdir. Sessiyada mövzu ilə əlaqədar bir çox vacib məsələlərə toxunulub.
“Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən əldə olunan xəbəri olduğu kimi təqdim edirik:
“Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyi 11 avqust 2015-ci ildə Azərbaycan Respublikasıının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Regionlarda fermerlər üçün səmərəli biznesin təşkilinə dair məlumatlandırma sessiyalarının təşkili: Qanunvericilik imkanları və reallıqlar” layihəsi çərçivəsində İmişli rayonunda mlumatlandırma sessiyası keçirmişdir. Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında aqrar sektorun inkişafına yardım etməkdən ibarətdir.
İmişli rayonunda təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi, aqrar şöbənin əməkdaşları, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər, bələdiyyə üzvləri, icra hakimiyyətinin qəsəbə və kəndlər üzrə nümayəndələri, o cümlədən gənclər iştirak etmişlər. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin işçisi açdı, daha sonra təşkilatın rəhbəri Musa İsgəndərov çıxış edərək təşkilat və layihə haqqında məlumat verdi. M.İsgəndərov kənd təsərrüfatı ilə bağlı məsələlərin təşkiılatda prioritet olduğunu bildirdi. Bundan sonra kənd təsərrüfatı üzrə mütəxəssis, iqtisadçı Əziz Əzizov aqrar sektorun mövcud durumndan, qanunvericilik imkanlarından və həyata keçirilən islahatlardan danışdı. Əziz müəllim ölkə prezidentinin 2015-ci ili Kənd təsərrüfatı ili kimi qeyd etməsini bildirərək hökumətin bu sahəyə diqqət göstərdiyini vurğuladı.
Mütəxəssis daha sonra bildirdi ki, mövcud problemlərin həlli üçün toxumçuluq işinə xüsusi diqqət yetirilməli, subsidiyaların həcmi genişlənməli və kooperasiyalar yaradılmalıdır. Daha sonra söz alan tədqiqatçı R.Təmrazov aparılan tədqiqatların nəticələrindən nümunə gətirərək kiçik və orta sahibkarlığın inkişafının zəruri olduğunu vurğuladı.
Tədbir iştirakçıları müzakirəyə qoşularaq taxılın normal qiymətə satılmadığı üçün bu sahəyə diqqətin az göstərilməsini, eyni zamanda həmin səbəbdən ölkədə pambıqçılığın yox dərəcəsinə çatdığını bildirdilər.
Daha sonra tədbir iştirakçıları mövzuyla bağlı suallar verdilər və bu cür tədbirlərin davamlılığının zəruri olduğunu qeyd etdilər.
xebername.info