“Şəkidə baş verənlər orada keçirilən müşavirənin nəticəsidir. Yəni orada Gözəl Bayramlının rəhbərliyi altında Şəki təşkilatımızın müşavirəsi keçirilib. Bu müşavirə də respublikanın hər yerində olduğu kimi Şəkidə də partiyanın təşkilatlanmasının surətlənməsindən narahat olan hakimiyyəti hərəkətə keçirib.”
Arif Hacılının sözlərinə görə təxminən bir il öncə qərargahın özəlləşdirilməsi haqda məlumat verilsə də, yerli təşkilatlara oradan çıxmaq tələb olunmayıb. O hesab edir ki, hakimiyyət bununla siyasi partiyalara hörmət etmədiyini göstərmək istəyir.
“Bu, tamamilə qanunsuz bir hərəkətdir. Çünki əgər qərargah əlindən alınırsa və təşkilat qərargahdan çıxarılırsa, əvvəlcədən xəbərdarlıq edilməlidi. Yerinə başqa bir məkan təklif olunmalıydı. Ancaq Azərbaycan hakimiyyəti öz ənənəsinə sadiq olaraq faktiki bu məsələdə vandalist kimi davranıb.”
Əmlak Məsələləri Dövlət Komitəsinin Şəkidə yerləşən 17 saylı Ərazi Şöbəsindən bildirilib ki, qərargahların yerləşdiyi bina əvvəllər Tikinti İdarəsi olub. Sonralar səhmdar cəmiyyətə çevrilib və özəlləşdirilib:
Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının sədri İslam Həsənova 25 sutka, Gənclər Komitəsinin sədri Samir Həsənova 20 sutka inzibati həbs cəzası verilib.