Səhranın altında nəhəng göl kəşf edildi

1109348_620x410Su kütləsinin həcmi böyük göllərdən çoxdur.

Şərqi Türkistanda, yer kürəsinin okeanlara ən uzaq quru parçasının altında, dənizi xatırladan nəhəng bir duzlu su kütləsi kəşf edildi.
Şərqi Türkistandakı Tarim Hövzəsinin (Tarim Basin) döşəməsində Çinli elm adamları tərəfindən nəhəng bir duzlu su kütləsi kəşf edildi.
“South China Morning Post” qəzetinin xəbərinə görə, sözü gedən su kütləsi həcminin ABŞ -Kanada sərhədində olan Böyük Göllərdən beş qat daha çoxdur. Kəşf edilən “gizli dənizin” həcmi 200 min kub kilometr, yəni Xəzər dənizinin üç qatı ola bilər.
Uyğur Muxtar Bölgəsi sərhədləri içində olan və Taklamakan səhrasına aid bölgədəki su kütləsini “ağla durğunluq verici” olaraq xarakterizə edən Sincan Ekoloji və Coğrafiya İnstitutu Professoru Li Yan, “Səhra qumlarının altında bu qədər çox su tapılacağı əsla düşünülə bilməzdi” dedi.
Səhra tərifini dəyişdirmək məcburiyyətində qala biləcəklərini söyləyən professor Li gizli dənizi, karbon qaynaqları taradıkları sırada təsadüfən kəşf də əlavə etdi. Çinin qərbində olan və şərq-qərb istiqamətində 1000 kilometr uzanan Tarim hövzəsi, sahə baxımından Türkiyədən daha geniş bir sahəni əhatə edir.

Mətləb BALAKİŞİYEV