Türkiyədə şəhid oğlunun sünnət toyunda görünməmiş izdiham yaşanıb.
2015-ci ildə Şırnakda terrorçularla döyüşdə şəhid olan xüsusi təyinatlı polis əməkdaşı Atilla Günəşin 10 yaşlı oğlu Doğan Günəşin sünnət toyu İzmirdə baş tutub.
Sosial mediada edilən çağrışlardan sonra mərasimə minlərlə insan qatılıb. Atası şəhid olarkən cənazənin başında ağlaması ilə Türkiyənin gündəminə çevrilən Doğanın sünnət ediləcəyini eşidənlər ailəni yalnız buraxmamaq üçün sosial mediada çağrışlar edib. Nəticədə sünnət toyunda görünməmiş izdiham yaşanıb.