Səhər saatlarında saxlanılan baş redaktor Şirin Cəfəri sərbəst buraxılıb

Səhər saatlarında saxlanılan “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri sərbəst buraxılıb

 Bu barədə Xebername.info-a  Ş.Cəfərinin özü məlumat verib. 1460707762_1

Qəzet rəhbəri bildirib ki, onun saxlanılmasına səbəb “Gündəm Xəbər” qəzetinin son sayında dərc olunmuş məqalə olub.

Təfərrüatları barədə daha sonra açıqlama verəcəyini deyən qəzet rəhbəri yaranmış anlaşılmazlığa artıq aydınlıq gətirildiyini bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ş.Cəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Cəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar.