ABŞ-ın rəhbərliyi ilə, aralarında Türkiyə və digər bir çox NATO üzvü olan bir sıra ölkənin dəniz qüvvələrinin Ukraynayla əməkdaşlıq içində keçirdiyi Dəniz Esintisi-2015 təlimi Ukraynada başlayarkən, Rus Silahlı Qüvvələrindən bir səlahiyyətli, Rusiyanın Qara Dənizdəki bu təlimi yaxından izləyəcəyini deyib.
ABŞ Donanmasının rəhbərliyi altında keçirilən və Türkiyə, İngiltərə, Almaniya, İtaliya, Yunanıstan, Rumıniya, İsveç və Moldovadan 2500-ə yaxın əsgərin və çox sayda hava və dəniz vasitəsinin iştirak etdiyi təlim, bazar ertəsi , Ukraynanın Odessa və Nikolayev rayonlarında başlayıb.
Rusiyanın keçən il ələ keçirdiyi Krım Yarımadasının yaxınlığında keçirilən təlimlərlə bağlı olaraq Rusiyanın rəsmi xəbər agentliyi RİA Novostiyə danışan lakin adını açıqlamayan bir hərbi səlahiyyətli, Rus döyüş gəmilərinin və təyyarələrinin, təlim ərzində ABŞ gəmi və təyyarələrini gözdən qoymayacaqlarını bildirib.
12 Sentyabr tarixinə qədər davam edəcək təlimin başlıca olaraq Qara Dənizin şərq bölgələrində keçiriləcəyinə diqqət çəkən səlahiyyətli, Rus döyüş təyyarələrinin, hava məkanını pozmadan Amerikan döyüş təyyarələrini izləmə imkanlara sahib olduğunu dilə gətirdi. Ukrayna Müdafiə Nazirliyinin Ukraynanın təlimlərdə 10 döyüş gəmisi ilə iştirak edəcəyi istiqamətindəki açıqlamasını da Rusiyanın real görmədiyini deyən Rus səlahiyyətli, Ukrayna Donanmasında işlək vəziyyətdə olan bu qədər gəminin qalmadığını dilə gətirdi etdi.
Mətləb BALAKİŞİYEV