Rüstəm Behrudidən Fikrət Qocaya zəhər kimi sözlər

1223Tanınmış şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın onun barəsində verdiyi açıqlamaya sərt cavab yazıb. Musavat.com xəbər verir ki, R.Behrudi sosial şəbəkədəki statusunda AYB katibinin sözlərini tənqid edib. Şair aşağıdakıları yazıb: “Çox dəyərli Fikrət Qoça! Biz körmüşük ki,insan ahıl yaşında kamilləşər, müdrikləşər.

Ançaq sizin nənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi. Və sizə cavab vermək məcburiyyətində qadım.

Yadınızdadırsa,1996-cı ildə mərhum prezident H.Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdu. Çünkü dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz!

Mən yenə də o fikrimdə qalıram. Qaldı sizin açıqlamanıza, açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil. Mənim istefa verməyim də, ad günü məsələsi yox, YB-nin mənə münasibətidi…

Siz yəqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki, gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz!

Bu günkü açıqlamanızdan hiss elədim ki, siz həyatınızda bircə dəfə də özü ilə görüşməyən adamsınız. Belə olmasaydı, ən azından xatırlamalıydınız ki, o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz.

…Xatırlamalıydınız ki,o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz” 

Qaldı adını gündəmə gətirmək məsələsinə.Əgər,vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız, bilərdiniz ki, 40 ildir ki, ömrünü-gününü hay-küy salmadan, vicdanla, ləyaqətlə ədəbiyyata həsr eləmiş, hələ gənc yaşlarında şerləri türkdilli xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz. Mən sizin açıqlamanızı qeyri-səmimi, həqiqətdən uzaq bir şey hesab eləyirəm.

Çox hörmətli Fikrət Qoca! Azərbaycan ədəbiyyatı AYB-dən ibarət deyil. Böyük ədəbiyyatı təkbaşına olan adamlar yaradır”.

Musavat.com xatırladır ki, F.Qoca AzNews.az-a R.Behrudinin istefasından xəbərsiz olduğunu bildirib:“Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.

F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?”

AYB sədri Anar isə R.Behrudinin ad gününü təbrik edəcəklərini, amma hazırda birliyin binasında təmir işləri getdiyini, işçilərin isə məzuniyyətdə olduğunu bildirib: “Təmir bitib, hamı məzniyyədən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”.

Sevinc, musavat.com