Ruslan Cavadov: “Barəmdə saxta cinayət işi başlanıb”

unnamed

Müsahibimiz, keçmiş bank işçis, iqtisadçi, Ümid partiyasinin Cəlilabad rayon şöbəsinin sədr müavini Ruslan Cavadovdur.

Ruslan bəy sizi aktiv insan olaraq, sosial şəbəklərdən və mediadan tanyırıq. Bizə məlumdur ki, son dövrlər sizin işinzdə narahtlıq var.

Bilirsiniz heç kmə Sirr deyil ki, mövcüd hakimiyyət dövründə Respublik Bankında işləyə-işləyə müxalif düşüncəyə sahib olmaq, hakimiyyəti tənqid etmək nə qədər çətindir.Ümid Partiyasi Milli Şurasının mitinqdə iştrak etməsə də, mən bu mitinqlərdə iştrak edirəm. 2006-ci ildən müxalifətin siralarındayam. Düşünrəm ki, özünü müxalif partiyalar ölkədəbaş verən özbaşalığa bihanə qalmamalıdır. Zaman tapdıqca çalışıram müxalifətin aksiyarında iştriak edib və mətbuta əməkdaşlıq edib. Fəaliyyətimə görə daima təqibdə olmuşam, təzyiqlərə məruz qalmışam. 11 sentyabr 2016-ci ildə mitinqdə iştirakımdan sonra mənə qarşı daha ciddi şəkildə yerli icra orqanları və hüquq mühafizə orqanlrı tərəfindən basqıları artdı. Ümumiyyətlə hakimiyyətin siyasi qərarıdır ki, müxalif düşüncəni tam siradan çixarmaq lazimdir. Alternativ düşüncə hakimiyəti narahat edir. Bu mitinqdən sonra Bankın müştərisi olmuş Aydın Hüseynov adlı birini mənə qarşı istifadə edərək, məni şantaj etmək istəyirdilər.Guya kredit götürülməsi zamanı vəzifəmdən sui istifadə edərək, müşətrinin etimadından istifadə etmişəm. Halbuki mən bu kredit düzəldiməsi üçün 3 min ABŞ dolları əlavə pul almışam.

Ruslan bəy ortada hər hansı konkret fakt var?

Heç kimə sirr deyil ki, burada hakimiyətin siyasi məqsədi var. Hüquq müahfizə orqanları ilə yanaşı Bankın təhlükəsizlik depratamnetinin rəhbəri Novruz Quliyev bu vəziyyətdən faydalanmaq üçün hədələyir. İşdən çixaralcağımı və həbs hədələdiyini deyir.  Məni Prokurorluq yanında Korrupsiya idarəsinə çağırlaraq 2-3 saat 27 oktyabr 2016-ci ildə dindirilmişəm. Orada mənə bildirdilər ki, səninlə bağlı şikayət var və hal hazırda tədqiqat dövrüdür. Sənin hər zaman cağıra bilərik və bu tədqiqat məqsədi işin içində cinayət tərkibinin olub olmamasını müyyənələşdirməkdir.

Təzyiqlər sözün bütün mənlarında hər tərəfli gedir. Bank Resublikanın rəhbərliyi, yerli icra orqnları və bu tərəfəndən hüquq mühafizə orqanları. Porseslərdən ən çox təzyiq mənə Bank Respublikanın rəhbəri Novruz Quliyev tərəfindədir.

Təzyiqlərin sürətli şəkildə getməsi və yerli icra orqanlarnın təkidli təqibləri, mənim həbs olumamı yaxınlaşdırır.