Ankarada Rusiya səfirliyi, İŞİD-ə qatılmaq üçün Türkiyəyə getdiyi düşünülən rus tələbə Məriyəm İzmailovanın yoxa çıxması ilə əlaqədar Türkiye Xarici İşlər Nazirliyinə (XİN) nota göndərdi.
Rusiya səfirliyinin mətbuat müşaviri İqor Mityakov, Sputnik xəbər agentliyinə verdiyi açıqlamada Türkiyə XİN-inin rus tələbə İzmailovanın Türkiyə torpaqlarına girişi ilə bağlı hələki açıqlama vermədiyini bildirdi.
Jurnalistlər qızın atası Mansur İzmailovun Ankaraya gəlib-gəlmədiyini soruşduqda Mityakov, “Atasının Ankaraya gəlib-gəlmədiyi ilə bağlı məlumat yoxdur və səfirliyə müraciət etməyib” dedi.
Bir müddət əvvəl verilən açıqlamara görə, Rusiyada oxuyan 19 yaşlı Məriyəm İzmailova 12 iyunda evdən çıxıb və geri dönməyib. Ailəsindən alınan məlumatlara görə, Məriyəm gizlin şəkildə vəsiqəsini götürüb Şeremetyova hava limanından Türkiyəyə gedib.