“Rusiya, Türkiyə, İran və İraq Suriya üçün birləşməlidir”.

Rusiya, Türkiyə, İran və İraq Suriya üçün birləşməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə”yə açıqlamasında deyib.

Ərdoğan açıqlamasında Türkiyə dövlətinin sıfırdan qurulacağını da bildirib:

“Çevriliş cəhdini heç bir halda gözləmirdik. Ancaq türk milləti güclüdür. Mən xalqımda çevrilişin qarşısını alacaq qədər güc görürəm. Pensilvaniyadakı şəxs bunun bədəlini ödəyəcək. FETÖ şəbəkəsinin planlarını pozan xalqımın alnından öpürəm. Bütün dünyaya dərs verəcəyik”.

Rusiya –Türkiyə münasibətlərinə toxunan prezident onu da vurğulayıb ki, Yaxın Şərq regionunda sabitliyi təmin etmək üçün bu əlaqələr olduqca mühümdür.