Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bu gün PKK terrorçularının Dağlıq Qarabağa göndərilməsi ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğluna məlumatlar təqdim edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Türkiyə mediasına açıqlamasında Rusiyanın suriyalı erməniləri və PKK terrorçularını Dağlıq Qarabağda yerləşdirdiyini bildirib.
“Yeni Şəfəq” qəzeti isə 400 PKK-çının Dağlıq Qarabağa göndərildiyi barədə məlumat yayıb. Həmçinin, ASALA terror təşkilatı lideri Dağlıq Qarabağa gələrək, ordan video-müraciət yayıb.