“Rusiya bizi cəzalandırmaq yolunu tutub, önümüzdə iki yol var…”

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib.

Bəs, Azərbaycan dövləti olaraq, Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvinə necə cavab verməliyik?

Bu və ya digər məqamlarla bağlı politoloq Elxan Şahinoğlu  öz fikirini açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanın önündə iki variant var:

“Birinci variant odur ki, bir az deyinib, yenidən heç nə olmamış kimi Rusiya ilə əməkdaşlığı davam etdirməli, silah almalı və bu ölkəni “strateji” tərəfdaş adlandırmalıyıq. 

İkinci variant isə odur ki, qeydiyyatın ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya konkret mesaj ünvanlanmalıdır. Çünki bu qərar sıradan hansısa təşkilatın qeydiyyatının ləğvi deyil. Üstəlik, hüquqi yox, siyasi qərardır və qərarın müəllifi sıravi bir məhkəmə hakimi deyil, Kremlin başbilənləridir”.

Politoloqun sözlərinə görə, Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars laiyəhlərindən narazıdır:

“Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl, cəbhə bölgəsindəki artan üstüynlüyümüz Kremli narahat edir. Rusiyaya silah alışından 5 milyard dollar xeyir vermişik. Gərək, bu xeyri bizə silah satmaq istəyən başqa dövlətlərə verək. Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik”.