Rus səfiri öldürənin ailəsi saxlanıldı

 Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum edən Mövlud Mərd Altıntaşın anası, atası və bacısı  Aydının Söke rayonunda saxlanılıb.
585814bf67b0a92c507d94bf
Alınan məlumata görə, səfir Karlov Ankarada qatıldığı bir sərgidə silahlı hücum təşkil edən Mövlud Mərd Altıntaşın ailəsinin yaşadığı Söke rayonundakı evdə polis dəstələri axtarış aparır. Təcavüzkarın nəzarətə alınan anası, atası və bacısı polis idarəsinə aparılıb.  Respublika prokurorunun da Polis İdarəsinə gəldiyi öyrənilib. Axtarış aparılan evin ətrafında vətəndaş sıxlığı müşahidə edilir.