Keçmiş müstəntiq, siyasi məzmunlu etiraz bəyanatı ilə vəzifəsindən istefa verən, bundan sonra şərlənərək həbs olunan, siyasi məhbus Rüfət Səfərov iyulun saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanıda yerləşən Bakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Bu barədə Səfərovun vəkili Bəhruz Bayramov məlumat paylaşıb. Keçmiş müstətniqi təcridxanaya iyulun 8-i günortadan sonra aparıblar. Vəkil qeyd edib ki, bu yerdəyişmə Ali Məhkəmədə R.Səfərovun kassasiya şikayətinə baxılması ilə əlaqədardır. Ali Məhkəmədə proses iyulun 11-i saat 11:30-da başlamalıdır.
Related Posts
İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb.
- admin
- 24/02/2017
- 0
“Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində […]
“Azərbaycanda sosial şəbəkəni bağlaya bilərlər” – Açıqlama
- admin
- 02/10/2018
- 0
“Onlayn media onsuz da “KİV haqqında” qanunla tənzimlənir. Sosial şəbəkəni tənzimləyən qanunvericilik iki il öncə […]
Bakı qeydiyyatında olmayan avtomobillər paytaxta buraxılmayacaq
- admin
- 14/09/2015
- 0
Bu gün səhərdən etibarən Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta girişi qadağan edilir. Xebername.info Trend.az-a istinadən […]