Rövnəq Abdullayev”Bizdə benzinin qiyməti çox aşağıdır”.

Azərbaycanda benzin 45 sentdir, dünyanın heç bir yerində bu qiymətə yanacaq yoxdur”

“APA -Economics” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: “Bizdə benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən yanacaq iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyatlanıb, hökumətdən xahiş etdi və ölkəyə 30 min tona yaxın benzin gətirdi. Bu bizə zərərlə başa gəldi. Amma ölkədə benzinə olan tələbatı tam ödədik, əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu bizə bir neçə milyon manat ziyan vurub”.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban SOCAR prezidenti ilə razıdır. O, bu barədə Meydan TV-yə bildirib ki, Azərbaycanda benzin 45 sentdir, dünyanın heç bir yerində bu qiymətə yanacaq yoxdur:

İlham Şaban“Rövnəq Abdullayev həmin açıqlamanı səsləndirəndə o kontekstdən çıxış edib ki, Heydər Əliyev adına Neftayırma Zavodunun təmiri və Azərbaycana gətirilən benzinin idxalı dayanıb”.

İdxalın dayandırılmasının səbəbinə gəlincə, İlham Şaban deyir ki, Nazirlər Kabinetinin qərarında göstərilmişdi ki, oktyabrın 15-dək vergilər və aktivlərin sıfır səviyyəsindək düşməsi qüvvədədir: “Nəticədə 92 markalı benzinin gətirilməsi şirkətə 1 milyon dollardan çox ziyan vurub. Çünki xaricdəki benzinin qiyməti bahadır. Əyani sübut kimi Gürcüstanı göstərmək olar. Hazırda orada qiymət bizim valyuta ilə 1 manatadır”.