Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində Madriddə keçirilən “Atletiko” – PSV matçı öncəsində qonaq azarkeşlər Plaza Mayor meydanında miqrantlara qarşı heç də xoş davranmayıblar. ANS PRESS-in məlumatına görə, suriyalıların hollandlardan kömək istəməsinin qarşılığında PSV fanatları yerə qəpiklər atmaqla veriblər.
Bu, dünyada birmənalı olaraq xoş qarşılanmadı. Məsələyə Madridin digər təmsilçisinin ulduz üzvü Kriştiano Ronaldo da münasibət bildirib:
“Görüntüləri izləyəndə özümdən utandım. Həmin an meydanda olub vuracağım qollarla tribunadakı hörmətsiz insanlara cavab verərdim. Hollandiya hökümətinin və PSV-nin məsələyə biganə qalmayacağına inanıram”.