Roman Nəsirovun hədiyyəsi qalmaqala səbəb oldu

Mən çox ümid edirəm ki, qadınların onun adından hansı formada təbrik edilməsindən xəbərsizdir.

Ukrayna Ali radasının spikerinin müaviniOksana Siroyid parlamentin deputatı, Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Roman Nəsirovun ona aldığı hədiyyənin qiymətinin 3000 qrivnadan (185 AZN) baha olması ilə bağlı akt tərtib edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Okana Siroyid Facebook səhifəsində yazıb. Spiker müavini bildirib ki, Roman Nəsirovun aldığı hədiyyə qiyməti 3000-dən baha olan TM Chanel ətridir

Okana Siroyid – Ukrayna Ali radasının spikerinin müaviniзагружено (16)

Sovet vərdişi olan vəzifəli şəxslərə bahalı hədiyyələrin verilməsi təəccübləndirməyə davam edir. Dünən Ali radanın vergi və gömrük siyasəti komitəsinin sədri tərəfindən təbrik açıqcası və hədiyyə mənə göndərilib.

Problem bunun müasir və etika çərçivəsində olmamasında deyil, üstəlik müharibə şəraitində. Ukraynanın korrupsiyaya qarşı mübarizə haqqında qanunu var. Bu qanun mənə dəyəri həddi aşan hədiyyələri qəbul etməyi qadağan edir.

Mən çox ümid edirəm ki, Ali radanın vergi və gömrük siyasəti komitəsinin sədri 8 mart münasibətilə qadınların onun adından hansı formada təbrik edilməsindən xəbərsizdir. Birinci növbədə, hədiyyələrlə bağlı sovet təcrübəsinin kökünü kəsmək lazımdır. çünki mənə məlum deyil ki, 3000 qrivnadan baha hədiyyənin verilməsi ideyası haradan yaranır?”, – Okana Siroyid yazıbimages (34)