Robert Koçaryanın evinə silahlı hücum edilib

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb. Bunu R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan bəyan edib.загружено (91)

Onun sözlərinə görə, Rusiyanın “Sistema” səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.

“Mən belə başa düşdüm ki, kimsə eks-prezidentin evinə qumbara ataraq qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb”, – deyə V.Soqomonyan bildirib.