Yeni kabinetdə Nəqliyyat Nazirinin Müavini təyin edilən Dimitris Kammenos, sosial mediadakı irqçi ifadələri üzündən rekord bir müddətdə istefa etmək məcburiyyətində qaldı.
Müstəqil Yunanlar mənsubu olan Dmitri Kammenosun daha əvvəl sosial mediadakı hesablarında yazdığı irqçi ifadələr üzündən böhran baş vermişdi.
Avropa liderlərinin zirvə toplantısı üçün Brüsseldə olan Baş Nazir Aleksis Çipras, Müstəqil Yunanlar Partiyasının lideri və Müdafiə Naziri, Panos Kammenosu arayaraq, Dimitris Kammenosun sosial media hesabatlarında yer alan irqçi fikirlərin ona aid olması halında istefa verməsi lazım olduğunu söyləmişdi.
Dimitris Kammenosun, sosial media hesablarından, 11 Sentyabr hücumları ilə bağlı, “Unutmayın göydələnlərdə çalışan 2500 Yəhudilərdən heç biri o gün işə getmədi” kimi bölgülər etdiyi iddia edilir. Kammenos isə hesabların özünə aid olmadığını deyir.
Mətləb BALAKİŞİYEV