Azərbaycanda İnsan hüquqlarının pozulması yalnız siyasi müxalifətə və yaxud müstəqil jurnalistlərə qarşı baş vermir. Eyni zamanda sosial şəbəkələrdə aktiv olanlara, o cümlədən sahibkarlara və özəl sektor təmsilçilərinə qarşı da müşahidə olunur. Buna görə də biznes sektorunda olan şəxslərin də qeyri-hökumət təşkilatı yaratması Azərbaycanda ənənəvi haldır. Bu yolla biznes sektoru təmsilçiuləri həm də özlərini müdafiə edirlər.
Bu günlərdə daha bir kiçik sahibkar qeyri-hökumət təşkilatı yaradaraq sənədlərini Ədliyyə Naziyliyinə təqdim etmişdir. Əslində bu normal hüquqi prosesdur olsa da, bir biznes adamının sırf insan hüquqları kontekstində təşkilart yaratması marağımızı cəlb etdi. Nəzərə alsaq ki, Azərbaycanda siyasi hakimiyyət və xüsusilə Ədliyyə Nazirliyi də bu məsələyə o qədər də xoş baxmır. Beləliklə sahibkar və yeni yasranmış “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Kamal Həbibovla söhbətimizi Sizlərə təqdim edirik.
-Kamal bəy, regionda işgüzar fəaliyyət göstərdiyinizi bilirik, hansı zərurətdən belə bir təşkilatın yaranmasını məqsədəuyğun hesab edirsiniz? – Mən sizin dediyiniz kimi şəxsi biznes fəaliyyətimlə məşğul olsam da, hər zaman hüquqpozuntusuyla üz-üzə qalmışam. Mən hələ 2018-ci ildə mitinqdə iştirak etdiyimə görə polis tərəfindən təhdit olunduğumu demirəm. Azərbaycanda siyasi rejim tərəfindən yaradılan korrupsiya sistemi hər kəsin haqqını pozur. Bu gün bir dükan sahibi, bir fermer, bir ticarətçi, bir müəllim və s. adi bir sənədi əldə etmək üçün rüşvət verməlidir. Bu korrupsiyalaşmış məmur aparatı tərəfindən idarə olunur və siyasi rejim tərəfindən himayə edilir. Belə olan halda bir insanın haqqını tələb etməsi və ya şikayət etməsi çətinləşir. Məsələn, mən vaxtilə ölkə başçısına, Daxili İşlər Nazirinə müraciət etmişəm, amma faydası olmayıb, tam tərsi mən daha çox təzyiqə məruz qalmışam. Buna görə də qərara gəldik ki, “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyi adlı QHT yaradaq və burada insanların hüquqlarının qorunması məsələsini daha tutarlı və ictimai çəkildə müdafiə edək. Biz təsis sənəslərimizi artıq Ədliyyıə Nazirliyinə təqdim etmişik.
–Kamal bəy, Azərbaycanda Ədliyyə Nazirliyinin bu tipli müraciətlərə, konkret olaraq İctimai Birliklərin qeydiyyatına müsbət baxması praktiki baxımdan qeyri-mümkün kimi görünür. Nələrə ümid edirsiniz? – Azərbaycan hökuməti yeni yaranan hüquq müdafiəsi təşkilatının mövcudluğundan çəkinir. Buna görə də qeydiyyatdan imtinaya cəhd edəcəklər. Lakin, biz qanunauyğun addımlar atacağıq. Deyə bilərəm ki, bu məsələdə bizə peşəkar vəkillər də köməklik göstərirlər. Qanunvericilik isə belədir ki, Ədliyyə Nazirliyi yalnız texniki düzəlişləri qeyd edə bilər. Əks halda bu sərbəst toplaşmaq hüququnun pozulması kimi qiymətləndirilir. Belə halın pozulması isə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən iddiaçıların lehinə qərar verilməsilə nəticələnir. Vəkilin bizə bildirdiyinə görə Azərbaycanda imtina almış xeyli QHT-lər Avropa Məhkəməsi vasitəsilə öz hüquqlarını əldə etmişlər. Biz də düşünürük ki, qanunvericiliyə uzğun addımlar ataq.
–Siz əsasən hansı istiqamətlərdə afəaliyyət göstərmək istəyirsiniz? – Deyə bilərəm ki, Azərbaycanda insan haqları kütləvi şəkildə pozulur. Xüsusilə regionlarda vəziyyət çox pisdir. Ölkəmizdə 120-dən artıq siyasi məhbus var. Hamımız bilirik ki, Taleh Bağırzadənin, Niyaməddin Əhmədovun, Elvin İsayevin həbsi siyasi sifarişlidir. Regionlarda insanlar öz haqlarını qorumaq üçün problemlərini ictimailəşdirə bilmirlər. Çalışacağıq ki, xüsusilə regionlarda bu boşluğu aradan qaldıraq və polis-məmur özbaşınalığının qarşısını alaq.
15.09.2021
A.Abdullayev